İran və Pakistan diplomatik missiyalarını bərpa etdi

27 Yanvar 2024 06:35

İran və Pakistan qarşılıqlı olaraq diplomatik missiyalarını bərpa edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Rəsul Musəvi deyib.

O bildirib ki, İran səfiri Rza Əmiri Müqəddəm bu gün diplomatik missiyasını bərpa etmək üçün İslamabada gedib.

Öz növbəsində Pakistanın İrandakı səfiri Məhəmməd Mudasir Tipu da X səhifəsində Tehrana qayıtdığını bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun