"Qarabağ" klubu rəsmi himnini təqdim etdi - VİDEO

26 Yanvar 2024 21:45

"Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib.

Milli.Az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir.

Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır.

Himn 17 İyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun