Səfir Türkiyə ilə mahnı ifa edərək vidalaşdı - VİDEO

26 Yanvar 2024 20:41

Cənubi Koreyanın Türkiyədəki səfiri Lee Won-Ikın diplomatik fəaliyyət müddəti başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səfir 3 ildir fəaliyyət göstərdiyi Türkiyə ilə özünəməxsus şəkildə vidalaşıb. 

Belə ki, o, saksafonda türkiyəli dostları üçün "Memleketim" və "Katibim" mahnılarını ifa edib. 

Lee Won-Ik ölkə mediasına açıqlamasında bu müddət boyu ona göstərilən qonaqpərvərliyə görə təşəkkür edib və Türkiyə üçün darıxacağını vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun