Gürcüstan Prezidentinin rəsmi səhifəsi oğurlandı

26 Yanvar 2024 20:27

Gürcüstan Prezidenti Salome Zurabişvilinin saytı xakerlər tərəfindən sındırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Sputnik-Gürcüstan məlumat yayıb.

Məlumata görə, sayt hazırda işləmir, onu bərpa etməyə çalışırlar.

Əvvəlcə saytın səhifəsində yaşıl rəngdə kəllə sümüyü görüntülənib, daha sonra "president.ge" saytı bağlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun