Almaniya nəhəngindən “Qalatasaray”ın ulduzuna 22 milyonluq təklif

26 Yanvar 2024 19:04

"Qalatasaray" ın mərkəz müdafiəçisi Saşa Boey Almaniya nəhəngi "Bayer"ə transfer ola bilər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Münhen klubu futbolçuya 4 illik müqavilə təklif edib.

Almanlar bu keçid üçün 22 milyon avro ödəməyə hazırdır, "Qalatasaray" isə bonuslar daxil olmaqla 30 milyon avro istəyir.

Futbolçunun 3 milyon avrodan çox qazanacağı bildirilir.  "Qalatasaray"la "Bayer" arasında isə danışıqlar hələ ki, davam edir.

Razılıq əldə olunarsa, almanlar Boeyi klubun təyyarəsi ilə Münhenə aparacaqlar.

Qeyd edək ki, Türkiyə Superliqasının 22-ci turunda "Qalatasaray"ın öz meydanında "İstanbulspor"u 3:1 hesabı ilə məğlub etdiyi oyunda fransız futboçlu heyətdə olmayıb.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk futbolçunun matçdan əvvəl ayağında ağrı hiss etdiyini və oynaya bilməyəcəyini demişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun