Sərnişin avtobusları və yük maşınları təbii fəlakət bölgəsinə cəlb olunub

20 May 2010 21:20

Nəqliyyat Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, bura həm Bakı şəhərindən göndərilən, həm də "Avtonəqliyyatservis" Departamentinin Regional qurumlarından cəlb olunan avtobuslar daxildir.

Zəruri hallarda göndərilən avtobusların sayı 60-dək artırılır. Departamentin xətti ilə, həmçinin fəlakət zonasına yaxın ərazilərdən, hətta Gəncə şəhərindən müxtəlif markalı yük maşınları cəlb edilib. Həmin maşınlar bənd-bərkitmə işlərinin aparılması üçün müxtəlif tikinti materiallarının daşınması ilə məşğul olur.

Bundan başqa "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Regional İdarələri də fəlakət zonasına kömək məqsədilə yüzlərlə maşın, texnika, həmçinin işçi qüvvəsi ayırıb. Ətraf rayonların Yol-İstismar İdarələrinin işçiləri də üçnövbəli iş rejimi ilə bütün proseslərə yardımçı olurlar.

Milli.Az