Keçən il intihar edənlərin sayı açıqlandı

26 Yanvar 2024 12:24

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.

O bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:

"2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun