Şəhidin qardaşı onun həyat yoldaşını "TikTok"a görə qətlə yetirib? - VİDEO

26 Yanvar 2024 11:19

44 günlük Vətən müharibəsinin şəhidi Saleh Qurbanovun həyat yoldaşı Ləman Qurbanovanı qətlə yetirməkdə təqsirləndirilən şəhidin qardaşı Taleh Qurbanovun məhkəməsi keçirilib.

Proses Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı formada keçirilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ləman Qurbanovanın ailəsi təfərrüatı Baku TV-yə danışıb.

"Qızımın üstünə bıçaq çəkməsəydilər, Ləman o evdə qalacaqdı. Çünki o, şəhidinə hörmət qoyurdu. Qaynı balamı mal-mülkə görə boğub öldürdü", - deyə L.Qurbanovanın anası Yeganə Məlikova bildirib.

L.Qurbanovanın xalası Firudə Rəşidovanın sözlərinə görə, Ləmanın qətli öncədən planlaşdırılıb:

"Ləmana telefon işlətməyə icazə vermirdilər. Bir ayın içində tələ qurmaq üçün ona telefon aldılar. "TikTok" yüklədiyini bəhanə edib onu öldürdülər".

Məhkəmənin növbəti iclası fevralın 19-na təyin olunub.

Qeyd edək ki, hadisə 2023-cü il mayın 13-də Xızının Giləzi qəsəbəsində baş verib. Taleh Qurbanov şübhəli şəxs qismində saxlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun