MAQATE rəhbəri Rusiya və Ukraynaya səfər edəcək

26 Yanvar 2024 08:58

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi yaxın vaxtlarda Rusiya və Ukraynaya səfər edəcəyini açıqlayıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, onun sözlərinsən TASS sitat gətirib.

"Mən Zaporojyeyə qayıtmağı planlaşdırıram, yaxın 10 gün ərzində orada, həmçinin Kiyevdə və Rusiyada olacağam", - o, BMT Təhlükəsizlik Şurası üçün Zaporojye AES-dəki vəziyyətlə bağlı brifinqdən sonra aydınlıq gətirib .

Qrossi 2023-cü ilin payızında Ukrayna və Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

"Vəziyyət məndən hər iki tərəflə daimi əlaqə saxlamağı tələb edir", - MAQATE rəhbəri izah edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun