Bayden yenə səhv danışdı

26 Yanvar 2024 06:25

Kürsüdən enərkən boşluğa salam vermək, yolunu itirmək, adları səhv salmaq kimi nümunələrlə gündəmə gələn ABŞ Prezidenti Co Bayden bu dəfə ölkənin keçmiş lideri Donald Trampla bağlı səhv danışıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bayden çıxışı zamanı Trampı sələfi deyil, öz professoru adlandırıb.

"Professorum - professorum haqqında danışmayacağam, qulaq asın - sələfim fərqli bir kurs tutdu: iqtisadiyyatı tükəndirdi, çox zəngin və böyük korporasiyalara vergiləri azaltdı, kəsiri xeyli artırdı", -Bayden Viskonsin ştatındakı çıxışında deyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun