ABŞ bazasına PUA ilə zərbə endirildi

26 Yanvar 2024 06:15

Pilotsuz təyyarə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus və İraqın qərbindəki Ənbar əyalətində yerləşən Ayn əl-Əsəd bazasına zərbələr endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Şəfəq Nyus" məlumat yayıb.

Bildirilib ki, PUA partlayıcı ilə təchiz edilib.

Onun qeyri-qanuni qruplaşmalar tərəfindən buraxıldığı ehtimal edilir.

Əlavə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun