HƏMAS açıqladı: İsrailli girovları azad etməyə hazırıq

26 Yanvar 2024 06:55

İsrail fələstinliləri azad edəcəyi təqdirdə biz də israilli girovları azad etməyə hazırıq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu HƏMAS lideri Üsamə Həmdan deyib.

"İsrail məhbuslarımızı azad edərsə, HƏMAS da saxladığı məhbusları azad edəcək. Biz vasitəçilərin təcavüzün dayandırılması və girovların mübadiləsi ilə bağlı təkliflərini çox ciddi qəbul edirik", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun