“Qalatasaray”dan inamlı qələbə

25 Yanvar 2024 23:55

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, son gündə 3 görüş baş tutub.

"Samsunspor" evdə "Kayserispor"u, "Rizəspor" "Trabzonspor"u, "Qalatasaray" isə "İstanbulspor"u məğlub edib.

Hazırda lider "Fənərbaxça" ilə "Qalatasaray"ın 57 xalı var. "Trabzonspor" 37 xalla üçüncüdür. "Beşiktaş" 36, "Rizəspor" 35, "Antalyaspor" 33, "Adana Dəmirspor" 31 xal toplayıb.

25 yanvar

Samsunspor - Kayserispor 2:0
Qollar: Z.Yavru, 10. E.Kara, 57.

Qalatasaray - İstanbulspor 3:1
Qollar: K.Aktürkoğlu, 36-pen; 79. M.İkardi, 90+2-pen - Sambissa, 28.

Rizəspor - Trabzonspor 1:0
Qol: Vareşanoviç, 78.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun