2,8 milyon dollarlıq sərvətini ev heyvanlarına vəsiyyət etdi

25 Yanvar 2024 23:49

Çinin Şanxay vilayətində yaşayan Liu adlı qadın 2,8 milyon dollarlıq sərvətini uşaqlarının əvəzinə pişik və itlərinə miras qoymaq qərarına gəlib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı NTV məlumat yayıb.

Çində heyvanlara birbaşa mirasın qarşısını alan hüquqi çətinliklər səbəbindən mirasın idarəçisi olaraq yerli baytarlıq klinikası təyin edilib:

"Liu bütün mirasını ev heyvanlarına buraxmaq istəyirdi, lakin bu, Çində qanuni deyil".

Məlumatda deyilir ki, yaşlı qadının bu addımı atmasına səbəb uşaqlarının ona heç vaxt baş çəkməməsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun