Ukrayna ilə məhbus mübadiləsi davam edəcək - Kartapolov

25 Yanvar 2024 23:41

Rusiyalı girovların Ukraynadan qaytarılması üzərində işlər davam etdiriləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfinin İl-76 təyyarəsini raketlə vurmasına baxmayaraq, Kiyevlə əsir mübadiləsi davam edəcək.

Qeyd edək ki, bundan öncə də Ukrayna tərəfi girovların mübadiləsinin davam etdiriləcəyini bəyan etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun