Türkiyənin Montrö konvensiyasına sadiqliyi nəzərə çatdırılıb

26 Yanvar 2024 00:28

Türkiyə Qara dənizdə sülh və sabitliyin təmin edilməsi, mövcud risklərin aradan qaldırılması üçün "Montrö Boğazlar Konvensiyası"na sadiqliyini xüsusi diqqətlə davam etdirəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının nəticələrinə dair bəyanatda deyilir.

Həmçinin, Rusiya-Ukrayna müharibəsinin ən qısa zamanda atəşkəslə bitməsinin və daimi sülhün bərqərar olunmasının vacibliyi vurğulanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun