Tehranda xəstəxanada güclü yanğın baş verdi

25 Yanvar 2024 20:23

İranın Tehran şəhərində Qandi xəstəxanasının bir neçə mərtəbəsində yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paytaxtın təhlükəsizlik xidmətinin nümayəndəsi Seyid Cəlal Maleki ISNA agentliyinə məlumat verib.

"Bir neçə dəqiqə əvvəl eyniadlı küçədə yerləşən Qandi Xəstəxanasında yanğın baş verib", - Maleki bildirib.

Onun sözlərinə görə, hadisə yerinə bir neçə yanğınsöndürən maşın gedib.

Yanğının səbəbləri və ölənlər barədə hələlik məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun