"Blackberry"nin istehsalçısı çökür

31 May 2012 12:06
Milli.Az "İnternational Business Times"ə istinadən bildirir ki, şirkətin bu maliyyə ilini 1 milyard dollarlıq itkilərlə başa vuracağı gözlənilir.

Kanada korporasiyası "maliyyə bataqlığı"ndan çıxmaq üçün "J.P. Morgan Securities" və "RBC Capital Markets"in analitiklərinə müraciət edərək xilas yolu arayır.
Hazırda şirkətin səhmlərinin dəyəri 7,1% aşağı düşüb və ucuzlaşma davam edir.

RİM-in aparıcı hüquqşünası Kərima Bava dünən vəzifəsindən istefa verib.

Mobil telefon bazarında "Apple" korporasiyası və "Android" əməliyyat sistemi ilə çalışan smartfonları istehsal edən şirkətlərlə rəqabətə davam gətirə bilməyən RİM-in səhmləri ötən ildən bəri 75 faiz ucuzlaşıb.

Kanada korporasiyası 16500 işçisinin ən azı 6 min nəfərini ixtisar etmək niyyətindədir. 2013-cü ilin əvvəlinə qədər isə şirkət əməkdaşlarının 40 faizini işdən çıxaracaq.

Hazırda RİM-in dünya smartfon bazarında payı 6,7 faizə qədər kiçilib.

Milli.Az