Türkiyədə hərbi təyyarə təcili eniş etdi

25 Yanvar 2024 19:13

Türkiyədə Kayseridən təlim məqsədilə havaya qalxan "C-160" təyyarəsi təcili eniş edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, təyyarə zədələnib, lakin ekipaj xəsarət almayıb.

Təyyarənin texniki nasazlıq səbəbindən təcili eniş etdiyi qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun