Müharibə gedən ölkələrlə Azərbaycanın ticarəti - RƏQƏMLƏR

25 Yanvar 2024 11:56

Müharibə gedən ölkələr ilə Azərbaycanın ötənilki ticarəti açıqlanıb.

Milli.Az bildirir ki, ötən il Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi 353,7 milyon dollar təşkil edib. Bu göstərici 2022-ci illə müqayisədə 74,6% azdır.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi isə 4,3 milyard dollar həcmində olub. Bu, 2022-ci illə müqayisədə 17,4% çoxdur.

Ötən il Azərbaycanla İsrailin ticarət həcmi isə 1,4 milyard dollar olub. Bu göstərici illik müqayisədə 16% azdır. 

Ötən il Azərbaycanla Fələstinin ticarət həcmi 652,9 min dollar təşkil edib. Bu da illik müqayisədə 20,3% çoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun