Qəfildən müəyyən olundu: Yer kürəsinin yaxınlığından asteroid keçəcək

25 Yanvar 2024 20:40

Bir neçə gündən sonra Yer və Ayın yaxınlığından asteroid keçəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, səma cismi keçən həftə kəşf edilib. Onun bu qədər gec müəyyən olunması elm adamlarını təəccübləndirib və narahat edib.

Hesablamalara görə, asteroid planetimizin yanından şənbə günü yanvarın 27-də keçəcək.

Səma cisminin diametri təxminən 25 metrdir.

Kosmik standartlara görə, asteroidin planetimizin kifayət qədər yaxınından keçəcəyinə baxmayaraq, tədqiqatçılar onun heç bir təhlükə yaratmayacağını bildirirlər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun