Bu ölkənin XİN rəhbəri vəzifəsindən müvəqqəti uzaqlaşdırıldı - FOTO

25 Yanvar 2024 08:31

Kolumbiyanın xarici işlər naziri Alvaro Leyvaya qarşı pasport tenderlərinin təşkilində qanunsuzluqlar törətdiyi iddiası ilə təhqiqata başlanılıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

"Baş Prokurorluq intizam icraatını elan edib və xarici işlər naziri Alvaro Leyvanı pasportların hazırlanması üçün podratçı seçilərkən rəqabət prosedurlarını pozduğuna görə üç ay müddətinə vəzifəsindən kənarlaşdırıb", - məlumatda deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun