“Kuwait Oil Tanker” Qırmızı dənizdən tanker tranzitini dayandırıb

25 Yanvar 2024 08:41

Neft və neft məhsulları daşıyan "Kuwait Oil Tanker Co. S.A.K." şirkəti bölgədəki vəziyyətlə əlaqədar tankerlərinin Qırmızı dənizdən keçidini müvəqqəti dayandırmaq qərarına gəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Al Rai" media qrupu mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, vəziyyət sabitləşdikcə qərara yenidən baxılacaq.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yəmənin "Ənsar Allah" (husilər) hərəkatının nümayəndələri İsrailə zərbələr endirəcəklərini və onunla əlaqəli gəmilərin İsrail sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun