-------
08:26
Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N. Babayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1991-ci il təvəllüdlü Mahir Kazımov saxlanılıb.
Milli.Az xəbər verir k, bu barədə DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Faktla bağlı araşdırmalar davam etdirilir
-------
08:26
Ağstafada bıçaqlanma baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
1987-ci il təvəllüdlü Nurən Babayev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Dərhal o əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə N.Babayev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun