Husilər ABŞ hərbi gəmisini vurdu

25 Yanvar 2024 07:25

Yəmənin Ənsarullah hərəkatından olan üsyançılar Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat keçirdiklərini elan ediblər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya Teleqram kanalında yazıb.

"Bu gün Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın bir neçə esminesi və hərbi gəmisi ilə toqquşma baş verib. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edirdi. Əməliyyat nəticəsində ABŞ hərbi gəmisi vurulub. Ticarət gəmiləri geri çəkilməyə və qayıtmağa məcbur oldu", - deyə bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun