Qurban Qurbanovdan Xabi Alonsoya maraqlı hədiyyə - FOTO

24 Yanvar 2024 21:45

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində Ağdam klubunun rəqibi olan "Bayer"in (Leverkuzen) baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Qurbanov görüşdə ispaniyalı həmkarına Qarabağ xalçası hədiyyə edib.

Qeyd edək ki, Q.Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun