Çində dəhşətli yanğın - 39 nəfər öldü

24 Yanvar 2024 17:46

Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Kazinform" agentliyi yayıb.

Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır.

Yanğın qurbanlarının artacağı ehtimal olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun