Avstraliyanın Edit Kouen Universitetinin psixoloqları cinayətkarların düşüncə tərzini və reaksiyalarını daha yaxşı başa düşmək üçün virtual reallıq (VR) proqramından istifadə ediblər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, tədqiqat "Scientific Reports" (SciRep) elmi jurnalında dərc olunub.
Məhkəmə psixologiyası layihəsi çərçivəsində 101 iştirakçı iki oxşar virtual ssenaridə oğurluq cinayətkarı rolunu oynayıb. Bundan sonra cinayətkar rolunu oynayan şəxslər VR mühitində saxta sorğu-sualdan keçməli olublar.
"Tədqiqatımızda iştirakçıların virtual reallıqda cinayətkar rolunu yaşaya bildiyini aşkar etdik. Rəqəmsal mühit onlara saxta cinayət törətmək üçün motivasiya verdi, həmçinin onları VR sorğusu zamanı müstəntiqləri aldatmağa cəhd etməyə təşviq etdi", - elmi işin müəllifi, doktor Şeyn Rocers bildirib.
Ekspertin fikrincə, VR texnologiyası hüquq-mühafizə sahəsində bir çox məqsədlə tətbiq edilə bilər. Məsələn, polis məmurları və ya müstəntiqlər bu yolla hadisənin baş verdiyi şəraiti və cinayətkarların real vəziyyətdə necə hərəkət etdiyini daha yaxşı başa düşmək üçün müxtəlif cinayətlərin ssenarilərini yenidən yarada və həyata keçirə bilərlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun