ABŞ husilərin 2 ballistik raketini məhv etdi

24 Yanvar 2024 11:52

ABŞ hərbçiləri Yəməndə "Ənsar Allah" hərəkatının (husilər) obyektlərinə zərbə endirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığı "X" hesabında paylaşıb.

Zərbə zamanı husilərin 2 ballistik raketi məhv edilib. Husilərin sözügedən raketlərin köməkliyi ilə Qırmızı dənizdə gəmilərə hücum etməyi planlaşdırdığı bildirilib. 

Xatırladaq ki, ABŞ yanvarın 12-si Böyük Britaniyanın dəstəyi ilə Yəməndə husilərin mövqelərinə zərbə endirib. Husilərin məlumatına görə, nəticədə 5 hərbçi ölüb. ABŞ tərəfindən hücumlar yanvarın 13 və 14-ü davam etdirilib. Yanvarın 18-i isə amerikalı hərbçilər husilərin gəmi əleyhinə raketlərinə zərbələr endirib. ABŞ husilərin Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlarından sonra hərəkata qarşı əməliyyata başladığını açıqlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun