Sosial ödənişlər bu tarixdə veriləcək

24 Yanvar 2024 11:39

Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə Milli.Az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun