“Neftçi”nin futbolçusu İspaniya klubunda - FOTO

24 Yanvar 2024 11:57

"Neftçi"nin U-19 və B komandasının üzvü Bəhruz Qurbanlı karyerasını İspaniyada davam etdirəcək.

Milli.Az bildirir ki, sport24.az-ın məlumata görə, "ağ-qaralar"ın akademiyasının yetirməsi "Union Deportivo Montijo" klubuna keçib.

102 yaşlı İspaniya "Sequnda B" Divizionunun təmsilçisi həmyerlimizlə beş illik müqaviləyə imza atıb. 

Qeyd edək ki, bu, "Neftçi" Akademiyası tarixində İspaniya çempionatına ilk transferdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun