Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşını partlayıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, partlayış nəticəsində güclü yanğın başlayıb.
Yanğının sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçdiyi bildirilib.
Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub.
Məlumata görə, yanğın lokallaşdırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib.
Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
***
Partlayış nəticəsində 24 nəfər həlak olub.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Onlardan üçünün yanğınsöndürən olduğu bildirilir.
Qeyd edək ki, ölüm faktı ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun