Kanadada helikopter qəzası: ölənlər var

23 Yanvar 2024 23:54

Kanadada helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə Terras kəndi yaxınlığındakı dağ silsiləsində baş verib.

Sağ qalanların vəziyyəti kritik qiymətləndirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun