Hefnerin dul arvadından ŞOK ETİRAF: Məni buna məcbur edirdi...

23 Yanvar 2024 20:21

Məşhur "Playboy" jurnalının yaradıcısı Hyu Hefnerin üçüncü və son həyat yoldaşı Kristal Hefner ərinin ölümündən 7 il sonra evliliklərinin təfərrüatlarını paylaşmağa qərar verdiyi "Yalnız yaxşı şeylər deyin" adlı xatirələr kitabını nəşr etdirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb. Kristal 21 yaşında Hefnerin sevgilisi olub. Toy, münasibətlərin başlamasından altı il sonra baş tutub. Evlənəndə iş adamının 86 yaşı olub.

Xatirələrdə deyildiyi kimi, "Playboy"un yaradıcısı öz malikanəsində axşam saat 6-dan etibarən komendant saatı qoyub. Onun gənc arvadı Hefnerlə şam yeməyini (həmişə qaymaqlı pendir və krakerli toyuq suyu) bölüşmək üçün bu vaxt evdə olmalı, sonra isə onun sevimli filmlərinə baxmalı idi.

Kitabda deyilir ki, hava qaraldıqdan sonra qız ərinin çox sevdiyi qrup seksdə iştirak etməyə məcbur olub. "Yöndəmsiz idi. Yataq otağımızda eyni vaxtda neçə nəfərin olduğunu bilmirəm, amma çox idi. Olduqca çox idi. Biz "Ah, indi növbə sənindir..." deyirdik" - Kristal xatırlayır .

Qızın dediyinə görə, malikanələrində 200 gəncin toplaşdığı məşhur "bazar günləri" də olub.

Dul qadın Hefnerin həddindən artıq "Viaqra" qəbul etdiyini etiraf edib. Bunun nəticəsində eşitmə qabiliyyətini itirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun