Avtovağzaldan öncədən bilet alarkən komissiya haqqı tutulur – İDDİA - VİDEO

23 Yanvar 2024 23:40

Öncədən bilet alarkən komissiya haqqı tutulur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, paytaxt sakini Elyar İslamoğlu deyir ki, Bərdəyə getmək üçün onlayn bilet almaq istəyib.

Əvvəlcədən alınan biletə görə ondan artıq ödəniş alınıb.

O, deyir ki, bilet alınarkən əlavə komissiyanın tutulması  sərnişinləri  narahat edir. Bəzi sərnişinlər buna görə bileti məhz  səyahət  edəcəkləri gün almağa  üstünlük verir.

Bu isə bəzən avtovağzallarda sıxlığın yaranmasına gətirib çıxarır.

Sözügedən problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov  bildirib ki,  bu Nazirlər Kabinetinin qərarına uyğun olaraq tənzimlənir.

Sərnişinlər ümid edir ki, aviabiletlərdə olduğu kimi, avtovağzal komplekslərində də əvvəlcədən satılan biletlərə görə əlavə ödəniş istənilməyəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun