Rusiyanın Kurqan vilayətində canavarın kəndə hücumu nəticəsində bir qadın ölüb, üç nəfər yaralanıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda rayonunun bələdiyyə rəhbəri Anton Volkov öz Telegram kanalında məlumat verib.
O, heyvanın Medjevye kurort gölünün kəndinə daxil olduğunu və dörd yerli sakini dişlədiyini açıqlayıb.
"Canavar dörd nəfəri dişləyib. Təəssüf ki, həkimlər qurbanlardan birini xilas edə bilməyiblər. Qadın ağır vəziyyətdə tibb müəssisəsinə çatdırılıb, həkimlər əllərindən gələni ediblər", - deyə rayon rəhbəri qeyd edib.
Onun sözlərinə görə, hazırda canavarın hücumuna məruz qalan 3 nəfərə lazımi tibbi yardım göstərilir. Onların həyatı təhlükədə deyil.
Volkov əlavə edib ki, hazırda rayonun bütün aidiyyəti idarələri ovçularla birlikdə kəndin ərazisində və ya onun sərhədləri yaxınlığında qabaqlayıcı tədbirlər həyata keçirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun