Çində torpaq sürüşməsi olub, 11 nəfər ölüb

23 Yanvar 2024 07:49

Çinin cənub-qərbindəki Yunnan əyalətində torpaq sürüşməsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə nəticəsində 11 nəfər ölüb.

Hadisə yerində 1000-dən çox insanın axtarış-xilasetmə işləri aparılır, işə hərbçilər cəlb olunub.

Daha əvvəl dağıntılar altında qalan 47 nəfərdən 8-nin öldüyü bildirilirdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun