Coşqun Diniyev Türkiyədə daha bir oyuna çıxdı

23 Yanvar 2024 05:59

Türkiyə 1-ci liqasında 19-cu turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ümraniyəspor" "Göztəpə" ilə qarşılaşıb və böyük hesabla uduzub  1:4.

Coşqun start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, 64-cü dəqiqədə sarı vərəqə də alıb.

Bu nəticədən sonra "Ümraniyəspor" 23 xalla 12-ci pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun