ABŞ-ın hərbi gəmisinə hücum edildi

22 Yanvar 2024 23:38

Husilər Ədən körfəzində ABŞ hərbi gəmisinə növbəti hücumu elan edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya bildirib.

"Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində ABŞ hərbi yük gəmisi "Ocean Jazz"a hücum edib. Yəmən Silahlı Qüvvələri Qırmızı və Ərəb dənizlərindəki bütün təhdid mənbələrini vuraraq ölkəmizə qarşı ABŞ və Böyük Britaniyanın istənilən təcavüzünə cavab verməkdə davam edir", - husilərin rəsmisi vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun