Ötən il dövlət büdcəsinin gəlirləri ARTIB

22 Yanvar 2024 22:15

Operativ məlumata əsasən 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 33890,5 mln. manat proqnoza qarşı 5,0 faiz və ya 1684,3 mln. manat artıq icra olunaraq 35574,8 mln. manat təşkil edib.

Bu barədə Milli.Az-a Maliyyə Nazirliyindən bildirilib.

Bu 2022-ci illə müqayisədə 4895,2 mln. manat və ya 16,0 faiz çoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun