Pivə həvəskarlarına xoş xəbər!
20 May 2010 19:55
"The Sun" qəzetinin yazdığına görə, fransalı alimlər gündə bir neçə bakal pivə içən şəxslərin depressiyaya daha az düşdüklərini müəyyənləşdirib. Araşdırma nəticəsində məlum olub ki, bu şəxslərdə ürək-damar, həmçinin ciyər xəstəliklərindən əziyyət çəkmək riski də azdır. Hətta pivə həvəskarlarının "spirtdən uzaqlar"la müqayisədə daha yaxşı və düzgün qidalandıqları da üzə çıxıb...
Milli.Az