PSJ Mbappeyə əvəz tapdı

22 Yanvar 2024 09:53

PSJ-nin hücumçusu Kilian Mbappe müqaviləsi yayda başa çatacağı üçün komandanı tərk edə bilər.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, Fransa klubu artıq onu əvəz edə biləcək oyunçu tapıb.

Məlumata görə, "Bayern" və Almaniya millisinin cinah oyunçusu Leroy Sane PSJ-də Mbappeni əvəz edə bilər.

Qeyd edək ki, Mbappe 2018-ci ildən PSJdə çıxış edir. Paris klubu ilə müqavilə 2024-cü ilin yayında başa çatır.

Bu mövsüm Mbappe PSJ-nin heyətində bütün turnirlərdə, 24 matçda iştirak edib, 25 qol vurub və 3 məhsuldar ötürmə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun