Hakan Fidan Nyu-Yorka səfərə gedib

22 Yanvar 2024 00:18

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasının iclasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərinə yola düşüb.

Milli.Az report.Az-a istinadənxəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Telekanal qeyd edib ki, Fidan BMT TŞ-nin yanvarın 23-də keçiriləcək Fələstin mövzulu iclasına qatılacaq.

Türkiyənin XİN başçısının səfər əsnasında ikitərəfli görüşlər də keçirəcəyi gözlənilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun