Türkiyədə fabrikdə partlayış: yaralılar var

22 Yanvar 2024 08:32

Türkiyənin Sivas şəhərində mebel fabrikində oksigen çəni partlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

Məlumata görə, partlayış zamanı 2 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadası və polis gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun