Azərbaycan çempionatında fasilə bitdi

21 Yanvar 2024 12:06

Bu gün Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qış fasiləsinə 19-cu turun oyunları ilə yekun vurulacaq.

Yeni ilin ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

"Sabah" doğma meydanda "Neftçi" ilə qarşılaşacaq.

"Səbail" - "Zirə" və "Kəpəz" - "Turan Tovuz" oyunları sabah, "Qəbələ" - "Sumqayıt" və "Qarabağ" - "Araz-Naxçıvan" matçları isə yanvarın 23-də keçiriləcək.

Azərbaycan Premyer Liqası 19-cu tur

21 yanvar "Sabah" - "Neftçi"

"Ban Respublika Arena", 16:00.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun