Moskvaya uçan Hindistan təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb - YENİLƏNİB - FOTO

21 Yanvar 2024 11:50

Əfqanıstanda qəzaya düşən Falcon təyyarəsi Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Ehtimal edilir ki, təyyarədə 6 nəfər olub: 4 ekipaj üzvü və 2 sərnişin.

Rosaviasiya xəbər verir ki, təyyarə Qaya (Hindistan) - Daşkənd - Jukovski marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirmiş.

-------

11:05

Əfqanıstanın Bədaxşan vilayətində təyyarə qəzası olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın hakimiyyət orqanları açıqlama verib.

Təyyarənin qəzaya uğradığı əraziyə xilasedici qruplar göndərilib.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun