“Bavariya” və “Yuventus”un sabiq futbolçusu Türkiyə klubunda

21 Yanvar 2024 11:13

Vaxtilə "Bavariya" və "Yuventus" kimi klublarda forma geymiş Duqlas Kosta özünə yeni klub tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, insayder Fabrisio Romanonun məlumatına görə, braziliyalı Türkiyənin "Samsunspor" klubunun yeni futbolçusu olacaq.

Transfer azad agent kimi baş tutacaq.

33 yaşlı futbolçu ilə 2026-cı ilə qədər müqavilə imzalanacaq. Bu razılaşmanın maliyyə təfərrüatları naməlum olaraq qalır.

Qeyd edək ki, Kostanın son komandası "Los Anceles Qalaksi" olub. O, burada 51 oyun keçirib, 8 qol vurub və 8 məhsuldar ötürmə verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun