Reysə gecikən amerikalı üçün FACİƏ: Təyyarənin motoru onu özünə çəkdi - FOTO

21 Yanvar 2024 10:55

ABŞ-də Solt-Leyk-Siti aeroportunda dəhşətli hadisə baş verib. Belə ki, reysə gecikən kişi uçuş eniş zolağına qaçaraq hərəkət edən təyyarənin qarşısına çıxıb. Lakin hava gəmisinin motoru onu özünə çəkib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, faciə nəticəsində kişi yerindəcə keçinib.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.

Kadrlardan aydın olur ki, kişi əvvəlcə terminaldan keçmək istəyir, buna nail olmadıqda ehtiyat çıxışının qapısını sındıraraq uçuş-eniş zolağına çıxıb.

Hadisənin səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun