Ankarada mikroavtobus aşıb, 11 nəfər xəsarət alıb

21 Yanvar 2024 08:35

Ankaranın Altındağ rayonunda minik avtomobili ilə mikroavtobus toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Minik avtomobili ilə toqquşan mikroavtobus zərbənin təsirindən aşıb.

Hadisədə mikroavtobusun sürücüsü, doqquz sərnişin və minik avtomobilinin sürücüsü xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun