Türkiyədə ağır qəza: 10 polis yaralandı

21 Yanvar 2024 00:07

Türkiyənin Ədirnə vilayətində ağır yol qəzası baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.

Məlumata görə, polisləri daşıyan xidməti avtomobillə turistləri daşıyan avtobus toqquşub. Nəticədə 10-u polis olmaqla, 11 nəfər yaralanıb.

Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun